Danimarka Donald Trampın ölkəyə səfərinə hazırlaşmaq üçün dörd milyon kron (600 min dollar) xərcləyib.
"Kommersant.az" xəbər verir ki, daha əvvəl məlum olduğu kimi, prezident səfərini ləğv etdiyini bildirmişdir.
Sentyabrın 2-də Danimarkanın Kopenhagen şəhərində "Trump Baby” hava balonu göyə buraxılıb. Donald Tramp həmin gün gəlməli idi. Prezidentin ölkədə olduğu müddətdə isə nümayişlərin keçirilməsi planlaşdırılmışdır.