"Google"un bir müddətdir üzərində işlədiyi yeni nəsil smartfonlarının təqdimat tarixi açıqlanıb.
"Kommersant.az" xarici KİV-ə istinadən xəbər verir ki, "YouTube" üzərində "Made by Google 2019" yayınına geri sayımı başladan "Google" mətbuat üçün də dəvətnamələri göndərməyə başlayıb.
15 oktyabr 2019-cu il tarixində təşkil ediləcək tədbirdə "Pixel 4" və "Pixel 4 XL" tanıdılacaq. Bunlarla bərabər yeni "Google Home", ikinci nəsil "Pixelbook Chromebook" kimi məhsulların da tanıdılması gözlənilir.
Qeyd edək ki, "Pixel 4" modelləri Snapdragon 855 prosessoru ilə təchiz olunub. 6 GB RAM və 128 GB daxili saxlama yaddaşı ilə təqdim ediləcək olan modellər, 12 Megapiksellik əsas kameraya, 16 Megapiksellik telefoto linzaya və spektral sensora sahib olacaq.
5.6 düym böyüklüyündəki 2280 x 1080 piksel AMOLED ekranla təqdim olunacaq "Pixel 4" ilə bərabər 6.2 düym böyüklüyündə 2960 x 1440 piksel AMOLED ekrana sahib "Pixel 4 XL" modeli də satışa çıxarılacaq. (Finans.az)