"Kommersant.az" xəbər verir ki, İngiltərənin 178 illik səyahət şirkəti "Thomas Cook" şirkəti xilas etmək üçün apardığı danışıqlar nəticəsiz qalıb və şirkət batıb.
"Thomas Cook" tərəfindən verilən açıqlamada, şirkətin əlavə maliyyə cəlb etmək səylərinin uğursuz olduğu və iflas üçün Londondakı ali məhkəməyə müraciət etdiyi qeyd edilib. "Thomas Cook" tərəfindən bütün sifarişlərin, uçuşların və tətillərin ləğv edilməsi təşvişlə qarşılanıb.
Qeyd edək ki, "Thomas Cook" istirahətdə olan İngiltərə vətəndaşlarının ölkəyə geri gətirilməsi üçün ən böyük əməliyyatlarından birini başladıb.
"Tomas Cook"un investorlara apardığı təcili danışıqların nəticə verməməsinni ardından şirkətin çöküşü reallaşıb.