Dünyanın ən iri beynəlxalq hava limanlarından biri sayılan Pekinin yeni Dasin aeroportu istifadəyə verilib. Aeroport ildə 45 mln. sərnişinə xidmət göstərə biləcək.
“APA-Economics”in Çin mətbuatına istinadən verdiyi məlumata görə, Pekinin mərkəzindən 46 km məsafədə yerləşən Dasin hava limanının inşasına 80 mlrd. yuan (təxminən 11,7 mlrd. ABŞ dolları) investisiya yatırılıb.
Qeyd edək ki, 2025-ci ildə aeroport 72 mln. sərnişinə, 2040-cı ildə isə 100 mln. sərmişinə xidmət göstərəcəyi gözlənilir.