"Mercedes-Benz”in təsisçi şirkəti "Daimler Group” rekord həddə cərimələnib.
"Kommersant.az" xəbər verir ki, Almaniya prokurorları nəzarət vəzifələrinin səhlənkarlıqla pozulması səbəbilə şirkətə 870 milyon avro (960 milyon dollar) cərimə müəyyən edib.
Belə ki, prokurorlar "Daimler Group”a məxsus "Mercedes-Benz” C və E sinfinə aid 280 min avtomobildə karbon emissiyasının göstəriləndən daha çox olduğunu aşkarlayıb.
Qeyd edək ki, "Daimler” 2019-cu ilin əvvəlində 60 min avtomobilini karbon emissiyası səbəbi ilə geri çağırmışdı. /Finans.az