Rusiya Keyfiyyət Sistemi məşhur firmaların istehsal etdiyi "noodle" əriştələrinin tərkibində zəhərli maddələr, pestisid və yüksək miqdar duz aşkar edib.
"Kommersant.az" Qaynarinfo-a istinadla xəbər verir ki, məsələ ilə bağlı aparılan tədqiqata 17 firmanın istehsal etdiyi əriştələr daxil edilib. Həmin məhsulların istehsalını həyata keçirən 14 firma Vladimir, Moskva, Novosibirsk və Tulada, 2-si Qazaxıstanda, biri isə Koreyada fəaliyyət göstərir.
Qurumun məlumatına görə, bəzi əriştələrdə bitkilərdə həşəratlar əleyhinə istifadə edilən "bifentrin" pestisidi və bitkilərin böyüməsində istifadə olunan digər kimyəvi maddələr aşkar olunub.