USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Samsung" rüblük əməliyyat qazancının 56% azalacağını gözləyir

08.10.2019 Dünya
0 0
"Samsung Electronics"in əməliyyat qazancı 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 56% azalaraq 6,4 milyard dollar təşkil edəcək.

"Kommersant.az" xəbər verir ki, bunu şirkətin üçüncü rübünün ilkin maliyyə nəticələri göstərir.

Şirkətin hesablamalarına görə, gəlirlər də azalacaq, lakin elə də çox yox - 5,3% və 51,8 milyard dollar təşkil edəcək.

Keçən il "Samsung Electronics" üçüncü rübdə rekord mənfəət - 15,5 milyard dollar əldə etmişdi. Ancaq bundan sonra Koreya şirkətinin əməliyyat qazancı ABŞ və Çin arasındakı ticarət müharibəsi, eləcə də "Huawei" ətrafındakı münaqişə səbəbi ilə çip satışının aşağı düşməsinə görə yalnız azalıb.