USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Johnson & Johnson” amerikalıya 8 milyard dollar təzminat ödəməlidir

09.10.2019 Dünya
0 0
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya məhkəməsi "Johnson Johnson” kompaniyasını şizofreniya və biopolyar pozğunluğun müalicəsi üçün hazırladığı preparatın yan təsirindən zərər görən Merilend ştatının sakininə təzminat qismində 8 milyard dollar ödəməyə təhkim edib.
"Wall Street Journal” qəzeti xəbər verir ki, iddiaçı Nikolas Mürrey öz şikayətində 2003-2008-ci illərdə həkimin göstərişi ilə "Risperdal” preparatını qəbul etdiyini və ginekomastiyaya (kişilərdə süd vəzisinin böyüməsi) məruz qaldığını bildirib.

Mürreyin fikrincə, kompaniyada preparatın yan təsirini bilsələr də, bu barədə həkimləri və pasiyentləri lazımi dərəcədə məlumatlandıra bilməyiblər.

2015-ci ildə məhkəmə bu iş üzrə ilk qərarını çıxararaq "Johnson Johnson” kompaniyasını 1,75 milyard dollar təzminat ödəməyə təhkim etmişdi /Azərtac