Beynəlxalq kart təşkilatları - "MasterCard" və "Visa", eləcə də internet üzərindən ticarət nəhəngi - "eBay" "Facebook" sosial şəbəkəsinin "Libra" adlı kriptovalyutasının yaradılmasını nəzərdə tutan layihəni tərk edib.
"Kommersant.az" bu barədə "Report"aistinadən xəbər verir.
"Visa" və "MasterCard" qərarlarını başqa layihələrə diqqət yönəltmək istəyi ilə izah edib. Bununla yanaşı, "Visa" bəyan edib ki, layihə ilə bağlı araşdırma aparmaqda davam edəcəklər. "eBay" isə qərarını şərh etməyib.
"Təzyiq güclü idi və mən "Libra"ya aid normativ aydınlıq ortaya çıxana qədər onların gözləmək seçiminə hörmət edirəm", - "Libra"nın həmtəsisçisi Devid Markus bildirib.
Biznesmen onu da qeyd edib ki, hazırda kriptovalyutanın taleyi haqqında danışmaq çətindir.