Oktyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,57% – 26 958,06 bəndədək, S&P 0,41% – 3 022,55 bəndədək, Nasdaq isə 0,70% – 8 243,12 bəndədək yüksəlib.
"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında oktyabrın 25-də Almaniyanın DAX-ı 0,17% – 12 894 51 bəndədək, Fransa CAC-40-ı 0,67% – 5 722,15 bəndədək yüksəlib, FTSE 100 indeksi isə 0,05% – 7 324,47 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,54% artaraq 1 513,9 dollara bərabər olub.
Oktyabrın 25-nə dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,19% azalaraq 1,1078 dollar təşkil edib.