"McDonald's" şirkәtinin baş icraçı direktoru Stiv İsterbruk istefa edərək vәzifәsindәn gedir.
"Kommersant.az" xәbәr verir ki, istefaya sәbәb direktorun tabeliyindә olan işçilәrdәn biri ilә şәxsi münasibәt qurması olub. O, bu addımını dәyәrlәndirәrәk yanlış adlandırıb vә istefasını açıqlayıb.
Bu barədə məlumat "McDonald's"ın saytında yerləşdirilib.
Məlumatda qeyd edilir ki, İsterburqun istefasına şirkətin əməkdaşı ilə bağlı korporativ əxlaqın pozulması səbəb olub.
Qeyd edәk ki, S.İsterbruku şirkәtin ABŞ üzrә rәhbәri Kris Kempzinski әvәzlәyәcәk.