Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,80% – 28 004,89 bəndədək, Nasdaq indeksi 0,73% – 8 540,83 bəndədək, S&P 500 indeksi isə 0,77% – 3 120,46 bəndədək yüksəlib.
"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında noyabrın 18-də FTSE 100 indeksi 0,14% – 7 302,94 bəndədək, Almaniya DAX-ı 0,47% – 13 241,75 bəndədək, Fransa CAC-40 isə 0,65% – 5 939,27 bəndədək yüksəlib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,16% artaraq 1 471,9 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,29% artaraq 1,1052 dollar təşkil edib.