"Almaniyan"ın avtomobil istehsalçısı olan "Audi" avtokonserni yeni strategiyanın bir hissəsi olaraq 2025-ci ilə qədər 9,5 min işçini ixtisara salmaq niyyətindədir.
"Kommersant.az" xəbər verir ki, bu konsern rəhbərliyi ilə istehsalat şurası arasında əldə olunmuş razılaşmanın bir hissəsidir.
Şirkət yaşlı işçilərlə yolları ayırmaqla iş yerlərinin azaldılması və digər tədbirlər nəticəsində 6 milyard avro qənaət etməyi və bu vəsaiti elektrikləşdirmə və rəqəmsallaşdırma layihələrinə yatırmağı planlaşdırır.
Eyni zamanda, "Audi" yaxın bir neçə ildə iş prosesini optimallaşdırmaq üçün elektromobillik və rəqəmsallaşdırma sahəsində 2 min mütəxəssis işə götürməyi planlaşdırır.
Qeyd edək ki, "Audi"nin İnqolştadt və Nekarsulmdakı müəssisələrində təxminən 61 min nəfər çalışır.