USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Lukaşenko Merkel və Makronun zənglərinə cavab vermədi

27.08.2020 İqtisadiyyat
0 0
Belarus prezidenti Aleksandr Lukaşenko fransalı həmkarı Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin zənglərinə cavab verməyib.

"Kommersant.az" xəbər verir ki, bunu Estoniyanın Baş naziri Yuri Ratas açıqlayıb.

"Bildiyimə görə, onlar təkcə Rusiya prezidentinə zəng etməyiblər", - Eston baş nazir deyib. Onun sözlərinə görə, Belarus lideri avropalı həmkarlarına cavab verməyib və telefonu götürməyib.

Bundan əvvəl də Merkel iddia edib ki, Lukaşenko onunla bir neçə dəfə telefonla danışmaqdan imtina edib. Öz növbəsində Lukaşenko Putindən xahiş edib ki, Merkelə Belarusun işlərinə qarışmamağı çatdırsın. Lukaşenko Makronun Belarus hakimiyyəti ilə müxalifət arasındakı dialoqa dəstək verməyə hazır olması fikrinə cavab olaraq ona "sarı gödəkçəlilər" ilə danışıqlarda "vasitəçilik" eməyə hazır olduğunu deyib.