USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə qiymətlər kəskin artıb

05.07.2021 Dünya
0 0
Türkiyə Statistika Komitəsi iyun ayına dair istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, istehlakçı qiymətləri İyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 17,53%, istehsalçı qiymətləri indeksi isə 42,89% artıb.

İstehlakçı inflyasiyası 2 ilin ən yüksək səviyyəsinə çıxıb (May 2019-dan bu yana ən yüksək səviyyəyə). İstehlakçı inflyasiyası ilə istehsalçı inflyasiyası arasındakı fərq bütün zamanların ən yüksək səviyyəsini görüb.

İstehlakçı qiymətləri indeksi may ayı ilə müqayisədə iyunda 1,94% artıb.