Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ rəhbərliyi Türkiyənin F-16 almasına qarşı Konqresin göstərdiyi müqaviməti aradan qaldırmaqda qərarlı olmalıdır.
Xarici işlər naziri Çavuşoğlu dünən Vaşinqtonda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra bu barədə açıqlama verib. Çavuşoğlu, "Burada əhəmiyyətli olan, idarənin qərarlı olub-olmayacağıdır. Addımların qarşısının alınmasına sərt mövqe sərgilənərsə, məsələ həll olunacaq" dedi.