Fransada parasetamol və amoksisillin aktiv maddələri olan dərmanların təchizatında problemvartıq həftələrdir davam edir.
Fransada bir çox dərmanlarda çatışmazlıq var. Ölkədə ən çox yazılan ağrıkəsici və qızdırma salan vasitələrin aktiv maddəsi olan parasetamol tərkibli dərmanları tapmaq çətinləşib. Dərman əldə etməkdə çətinlik çəkən əczaçılar ötən ilin son dövründən dərmanların çatdırılmasını gözləyir. Hökumət ölkədəki dərman qıtlığının əsas səbəbinin Çində getdikcə pisləşən koronovirus epidemiyasının yaratdığı sağlamlıq problemlərində parasetamol və amoksisillin aktiv inqrediyentləri olan dərmanların həddindən artıq istehlakının olduğunu bildirir. Fransa hökuməti ölkədəki dərman qıtlığını aradan qaldırmaq üçün yanvarın sonuna qədər parasetamol tərkibli dərmanların onlayn satışını qadağan edib.