USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belçikada dərman çatışmazlığı

18.01.2023 Dünya
0 0
Belçika son illərdə əczaçılıq sənayesində qabaqcıl ölkələr sırasında olsa da, son zamanlar yaranan dərman qıtlığı ilə gündəmə gəlib. Bütün ölkə üzrə 200-ə yaxın dərman növü, o cümlədən ağrıkəsicilər, qızdırma salan, qan təzyiqi və xolesterin dərmanları çatışmazlığı yaranıb.

Əczaçılar bildirir ki, istehsal zəncirindəki pozulmalar, xüsusən başqa ölkələrdə istehsal edilən xammal çatışmazlığı səbəbindən yaşanır.

“Düzdür, xəbərlərdə deyildiyi kimi, bir çox dərman gəlmir və piştaxtalarda yoxdur. Dərmanlar kifayət qədər istehsal olunmadığı üçün Belçikaya gəlmir. Buna görə də müştərilərimizə satış edə bilmirik”, - deyə əczaçılardan biri söyləyib.