Almaniyada 2022-ci ilin sonunda inflyasiya yekun hesablamaya görə, noyabr ayı ilə müqayisədə 10%-dən 8,6%-ə enib, bu barədə ölkənin Federal Statistika İdarəsinin press-relizində deyilir.
Dekabrda Almaniyada istehlak qiymətləri yekun hesablamaya görə, 0,8% ucuzlaşıb. Noyabrda deflyasiya 0,5% təşkil edib. Aİ standartlarına uyğun olaraq ölkədə istehlak qiymətləri (uyğunlaşdırılmış istehlak qiymətləri indeksi) yekun qiymətləndirməyə əsasən 11,3%-dən illik 9,6%-ə qədər azalıb.