Almaniyanın energetika şirkəti Wintershall Dea bütün qanuni öhdəliklərə əməl edərək Rusiya bazarını tamamilə tərk etmək qərarına gəlib.
Wintershall Dea Rusiya aktivlərinin silinməsindən təxminən 5,3 milyard avro səviyyəsində itki gözləyir. Bura, xüsusən, Nord Stream AG və WIGA Transport Beteiligungs-GmbH & Co şirkətlərində iştirakdan imtina daxildir.