Rusiya ilə Avropa İttifaqı arasında maliyyə və resurs münasibətləri Qərbin təzyiqi ilə pisləşməyə davam edir.
Dünən bir-birinə bağlı ümumi tendensiyanı əks etdirən iki hadisə ictimailəşdi. Birincisi, Almaniyanın ən böyük neft və qaz operatoru Wintershall Dea rəsmi olaraq Rusiyadan çıxdığını və bütün birgə layihələrin məhdudlaşdırıldığını elan etdi. İkincisi, təkcə Almaniyanın deyil, həm də Avropanın ən böyük kimya şirkəti olan BASF son bir ildə rekord itkilər elan etdi.
Avropa və ABŞ Rusiyaya sanksiyalar tətbiq etmək istəsələr də, atdıqları addımla özləri daha çox sarsıldı.